Ansi Aqolli “Qarabağ”dan ayrıldı
14.08.2012 - 20:04
Ansi Aqolli “Qarabağ”dan ayrıldı
“Qarabağ” “Sumqayıt”la oyunun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, həftəsonu “Neftçi”ni məğlub edərək Premyer Liqada ilk qələbəsini qazanan komanda III turunda qarşılaşacağı “Gənclik şəhəri”nin təmsilçisi ilə oyuna tam heyətlə hazırlaşa bilmir.

Qurban Qurbanovun yetirmələrindən 6-sı Azərbaycan millisinin heyətinə çağırıldığından düşərgəni tərk edib. Düzdür, Əfran İsmayılov zədə səbəbindən millinin heyətindən çıxarılıb. Onlardan əlavə, müdafiəçi Ansi Aqolli də yoxlama oyunu üçün Albaniya yığmasının düşərgəsinə yollanıb.

“Qarabağ” avqustun 16-dan etibarən tam heyətlə çalışa biləcək. Onlar “Sumqayıt”la oyuna avqustun 19-da çıxacaqlar.