“Bakıda yaxşı oynayıb uduzsaq belə, komandamdan razı qalacam”
14.08.2012 - 21:21
Bu gün Bəhreyn yığma komandasının baş məşqçisi Piter Teylor Bakıda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssis açıq məşq keçdikləri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda azərbaycanlı jurnalistlərin qarşısına çıxıb.
- Azərbaycan yığması ilə oyuna necə hazırlaşırsız?
- Hazırlığa Bəhreyndə start vermişik. Bir həftə orda məşq etdikdən sonra oyuna 3 gün qalmış Azərbaycana gəldik. Oyunu səbirsizliklə gözləyirik. Amma etiraf etməliyəm ki, oyun əlverişsiz vaxtda keçiriləcək. Hazırda Ramazan ayıdır və komandada oruc tutanlar var. Buna görə də bəzi futbolçular istənilən səviyyədə hazır deyillər. Buna baxmayaraq, maraqlı oyun izləyəcəyimizi düşünürəm.
- Komandanızda oruc tutanların sayı çoxdur?
- Bəhreyində olan bütün komanda üzvləri oruc tuturdular. Amma Bakıya gəldikdən sonra hardasa futbolçuların yarısı oruc tutur.
- Azərbaycana ilk səfərinizdir?
- 2005-ci ildə İngiltərənin U-21 yığmasının baş məşqçisi kimi ölkənizə gəlmişəm. Həmin vaxt oyun qolsuz heç-heçə ilə başa çatmışdı. Düşünürəm ki, həmin komandanın üzvləri arasında inkişaf edib, əsas milliyə yüksələnlər var. Yəqin ki, sabahkı oyunda onlardan bir neçəsini meydanda görəcəyik.
- Süni örtüyün təbii qazonla əvəzedilməsi sizing üçün çoxmu aktual idi?
- Bizim futbolçular süni örtüklü meydanda oynamaq istəmədilər. Ümumiyyətlə, bu gün peşəkar futbolçular süni meydanda oynamağa mənfi yanaşırlar. Futbolçularımız bu cür meydanda oynamağa hazır olmadıqlarına görə,matçın təbii örtüklü arenada keçirilməsini xahiş etdik.
- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts hazırda İngiltərə klublarının tədricən süni ortüklü meydanlara keçmək istədiyini bildirib. Siz bir ngiltərə vətəndaşı kimi, bunu real hesab edirsizmi?
- Xeyr, böyük klublar heç vaxt süni örtükdə oyun keçirmirlər. Onu da qeyd edim ki, biz Bakıda ilk məşqimizi “Dalğa Arena”da keçirdik. Süni örtük çox yüksək səviyyədədir. Oyunun keçiriləcəyi arenanın qazonu ilə müqayisə etsək, “Dalğa Arena” daha yaxşıdır. Həmin arenada oynamağa razılaşardıq. Sualınızı başa düşürəm. Böyük ölkələrin heç birində oyunlar süni örtüklü meydanda keçirilmir. Yalnuz bu vəziyyət Rusiya Premyer Liqasında müşahidə olunur. Berti Foqts bunu deyərkən, bəlkə də böyük klubların axtarışda olduğunu qeyd etmək istəyib. Amma dəqiq hələ heç biri təbii qazonu süni ilə əvəzləməyib. Süni örtüklü meydançaların keyfiyyəti get-gedə yüksəldilir. Fikrimcə, gənc futbolçuların yetişdirilməsində süni örtüklü meydanlardan istifadə məqsədə uyğundur. Ancaq bunu böyük komandaların oyununa şamil etmək olmaz.
- Havanın isti olması sizə problem yaratmayacaq?
- Həqiqətən də hava çox istidir.
- Bu komandalar 2008-ci ildə üzləşib. Bundan sonra Azərbaycan yığmasının hansısa oyununu izləmisinizmi?
- Mən həmin oyun zamanı Bəhreyn yığmasında çalışmırdım. Eyni zamanda yığmanızın hansısa oyununu izləməmişəm. Düşünürəm ki, ölkəniz inkişaf etdiyi kimi, futbolunuz da irəliyə doğru addımlayır. Oyunun bizim üçün çətin keçəcəyini qeyd edə bilərəm.
- Bəs Bəhreyindəki oyunun videoyazısını izləmisinizmi və komandanızın o zaman məğlub olmasını nə ilə əlaqələndirirsiz?
- Xeyr, izləməmişəm. Bəhreyn yığmasında cəmi 12 aydır işləyirəm. Bu müddət ərzində iki turnirdə iştirak etmişik. Sonuncuda heç də yaxşı nəticələr qazanmadıq. Azərbaycanla matçda yaxşı oynayıb uduzsaq belə, komandamdan razı qalacam. Futbolçularım texniki cəhətdən yaxşıdırlar. Amma fiziki baxımdan problemlərimiz var, 90 dəqiqə oynamağa hazır deyilik.
- Azərbaycan Bəhreyinlə matça İsraillə oyuna hazırlıq kimi baxır. Bəs bu oyun sizin üçün nə kimi əhəmiyyəti var?
- Bizdə mövsüm dekabr və yanvarda başlayacaq. Məqsədimiz də həmin dövrdə keçiəcəyimiz oyunlara hazırlaşmaqdır.
-İndoneziya ilə matçda qazandığınız 10:0 hesablı qələbədən sonra FİFA bu araşdırmalara başlamışdı. Bu təhqiqatın sonu nə ilə yekunlaşdı?
- Həmin oyunda şübhəli heç nə yox idi. Sadəcə İndoneziya çox zəif heyətlə oyuna çıxmışdı. Hansı ki, həmin mayçda biz 10:0 deyil, 20:0 hesabı ilə qələbə qazanmalı idik. FİFA bu oyunu heç araşdırmadı.
- Bizim mətbuat Foqtsu Azərbaycanda az vaxt keçirdiyinə görə daim tənqid edir. Bəs sizing iş qrafikiniz necədir? İlin neçə gününü Bəhreyində keçirirsiz?
- Son bir ildə cəmi 4 həftə İngiltərədə olmuşam. Bu, qızım nişanı ilə əlaqədar idi. Qalan vaxt Bəhreyində oluram, oyunları izləyirəm. Orada qalmaq, işləmək daha rahatdır. Azərbaycan və Berti Foqts haqqında heç nə deyə bilmərəm.
- Azərbaycan kimi, Bəhreyndə də futbolun inkişafına çalışırlar. Özünüz isə futbolun vətəni hesab edilən İngiltərədənsiz. Necə düşünürsüz, bu cür ölkələr Avropanın heç olmasa ortabablarına çatmaq üçün hansı işləri həyata keçirməlidirlər?
- Mən Bəhreyində gördüyüm işlər haqda danışacam. Bəhreyində klublarla sıx əməkdaşlıq edirik. Məsələn, klubların qapıçılarla işləyən məşqçilərini dəvət edirik, yığmanın qapıçılarla işləyən məşqçisi onlara nələrisə öyrədir. Ən çox diqqət yetirdiyim məqamlardan biri klub menecerlərini, məşqçilərini tez-tez federasiyaya dəvət etmək biliklərimizi onlarla daim bölüşməkdir. Bizim kimi balaca ölkələr öz aralarında memorandum imzalamalı, qarşılıqlı əlaqələr şəraitində çalışmalıdır. Həm də klublar özləri də istəkli olmalı, federasiya ilə qarşılıqlı işləməlidir.
- Həmyerliniz Toni Adamsın bir müddət Azərbaycanda məşqçi kimi çalışdığını bilirdinizmi?
- Bəli, məlumatım var. Onunla PRO kateqoriyalı kurslarda görüşmüşdük. Həmin vaxt o burada işlədiyini qeyd etmişdi. Hazırda İngiltərədədir.

0
0