Azərbaycandakı dünya çempionatının iştirakçısı problemlə üzləşib
15.08.2012 - 10:22
Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsində iştirak edəcək Qambiya millisi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi ölkəmizdəki mundiala qatılmaqda çətinlik çəkir.
Belə ki, Qambiya yığması çempionatda sıradan komanda kimi yox, iddialı olmaq üçün xüsusi hazırlıq keçməyi planlaşdırır. Bunun üçün isə futbol federasiyası pul tapmır. Artıq qurum rəhbərliyi yığmanın mundial xərclərinin 2 milyon Qambiya dalasisi olduğunu açıqlayıb.
Bu isə cəmi 49232 manat 22 qəpiyə bərabərdir. Artıq bu pulun yığılması üçün xüsusi hesab açılıb və imkanlı qambiyalılar ora vəsait köçürməyə başlayıb.
Qeyd edək ki, gələn ayın 22-də start götürəcək mundialda B qrupunda yarışacaq Qambiya ABŞ, Fransa və KXDR ilə mübarizə aparacaq.
0
0