Millimizin oyununda israilli “casus”
15.08.2012 - 10:36
Millimizin oyununda israilli “casus”
Millimizin bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyununda “casus” olacaq. Apasport.az saytının məlumatına görə, qarşılaşma DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizin də diqqət mərkəzindədir. Belə ki, Azərbaycan - Bəhreyn oyununu İsrail yığmasının məşqçisi Alon Hazan da izləyəcək. O, “casus” qismində olduğu matçda millimiz haqda məlumat toplayacaq. Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində məhz İsrail yığmasına qarşı keçirəcək.