Millimiz Estoniya üzərində qələbə qazandı
15.08.2012 - 20:50
Millimiz Estoniya üzərində qələbə qazandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamızın rəqibi Estoniya yığması olub.

"Dalğa Arena"da keçirilən oyun millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Estonların qapısından topları Bədavi Hüseynov və Murad Ağayev keçirib.