APOEL-in baş məşqçisi “Neftçi” - “Qəbələ” matçında
15.08.2012 - 14:13
Avropa Liqasının IV təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviçin təmsilçimizlə bağlı planları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” haqda gündəlik məlumat toplayan serbiyalı mütəxəssis paytaxt təmsilçisinin növbəti oyununu canlı izləmək niyyətindədir.
Belə ki, Yovanoviç Azərbaycan Premyer Liqasında keçiriləcək “Neftçi” – “Qəbələ” qarşılaşmasını izləmək üçün Bakıya gəlməyi planlaşdırır. Onun planına əsasən çalışdırıcı özü ilə köməkçilərindən də birini gətirəcək. Yovanoviç Bakı səfəri başa çatdıqdan sonra qarşıdakı oyunun taktikası ilə bağlı qərarını verəcək.
Qeyd edək ki, “Neftçi” - “Qəbələ” oyunu avqustun 18-də baş tutacaq.

0
0