“Neftçi” üçün Səid
15.08.2012 - 14:29
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının IV təsnifat mərhələsində keçirəcəyi oyunların baş hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kipr təmsilçisi APOEL ilə avqustun 23-də Bakıda keçiriləcək oyun polşalı, 30-da baş tutacaq qarşılaşma isə fransalı hakimlərə tapşırılıb.
“Dalğa Arena”da saat 21:00-da başlayacaq matçda Robert Malek fit çalacaq. Nikosiyadakı GSP stadionundakı qarşılaşmada ədaləti qorumaq isə Səid Enjimiyə həvalə olunub.
“Dalğa Arena”da saat 21:00-da başlayacaq matçda Robert Malek fit çalacaq. Nikosiyadakı GSP stadionundakı qarşılaşmada ədaləti qorumaq isə Səid Enjimiyə həvalə olunub.
0
0