Millimiz Litvaya 19 futbolçu ilə gedəcək
15.08.2012 - 14:55
Millimiz Litvaya 19 futbolçu ilə gedəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə iştirak edəcək millimizə 19 oyunçu cəlb olunub.

Baş məşqçi Təbriz Həsənov avqustun 21-dən 26-a qədər keçiriləcək yarışda xarici klublarda çıxış edən 5 futbolçunu da çağırıb: Ehtiram Şahverdiyev, Əli Həsənli (hər ikisi "Qəbələ"), Fəhmin Muradbəyli, Pərviz Qaraxanov (hər ikisi "Neftçi"), Budaq Nəsirov ("Turan"), Ülvi İbazadə, Mansur Nəhavəndi, Roman Məmmədov (hamısı "İnter"), Yusup Hakimov, Təyyar Məmmədov, Mahir Mədətov (hamısı "Bakı"(, İlyas Səfərzadə, Elnur Cəfərov (hər ikisi "Xəzər Lənkəran"), Ağaseyid Qasımov ("Qarabağ"), Mirkamil Haşımlı ("Fənərbaxça", Türkiyə), Roman Əliyev ("Akademiya Krasnodar", Rusiya), Rəhim Sadıxov ("Spartak", Moskva, Rusiya), Müslim Zararsız ("Vehen Viesbaden", Almaniya), Qaziməhəmməd Qurbanov ("Anji", Rusiya).

Xatırladaq ki, Palanqa turnirində A qrupunda Litva, Gürcüstan, Almaniya Region Yığması, B qrupunda Latviya, Azərbaycan, Belarus milliləri mübarizə aparacaq.

21 avqust
15:30. Latviya - Azərbaycan
17:15. Açılış mərasimi
18:00. Gürcüstan - Litva

23 avqust
15:30. Belarus - Latviya
18:00. Litva - Almaniya Region Yığması

25 avqust
15:30. Azərbaycan - Belarus
18:00. Almaniya Region Yığması - Gürcüstan

26 avqust
11:00. A3 - B3
13:00. A2 - B2
15:00. Final
16:45. Bağlanış mərasimi

Qeyd: Oyunların başlanma saatı yerli vaxtla göstərilib.