“Görünür, Foqtsa düzgün məlumat verilməyib” – MÜSAHİBƏ
15.08.2012 - 16:44
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Premyer Liqanın 2 turu arxada qalıb. Komandanızın startdakı çıxışını necə dəyərləndirirsiniz?
- Hər şey yaxşıdır. Düzdür, ilk oyunda xal itkisi oldu. Lakin “Kəpəz”lə qarşılaşmada komandamız gözəl qələbə qazandı. Əgər komanda bu gün 1-ci yerdədirsə, deməli, hər şey yaxşıdır. Üstəlik, heyətə qatacağımız yeni oyunçular komandanı daha da gücləndirəcək.
- Yeni oyunçular dediniz. Onların adlarını açıqlaya bilərsiniz?
- Hələ yox. Transferlərin rəsmiləşməsini gözləmək daha düzgün olardı.
- “Transfer pəncərəsi”nin sonuna yarım ay qalıb. Bu müddət ərzində heyətə qatacağınız həmin futbolçular hansı mövqelərə cəlb olunacaq?
- Hər mövqeyə gətirəcəyik. Ümumilikdə, 4 futbolçu transfer edəcəyik.
- Daha yaxşı təsir bağışlayan müdafiə xəttini də gücləndirəcəksiniz?
- Bəli, bu mövqeyə də 1 oyunçu transfer edəcəyik.
- Qapıdakı problemi ilk 2 turda Orxan Sadıqlı ilə həll etdiniz. Onun çıxışı sizi qane etdimi?
- Orxan bizim fəxrimizdir. Debütü də uğurlu alındı. O, “Xəzər Lənkəran”ın yetirməsidir. Ötən oyunda Kamran Abdullazadə də əsas heyətdə debüt etdi. Kazım Kazımlı və bu 2 futbolçu bizim ümidlərimizdir.
- Transferə çıxarılan Kamran Ağayevin adı iştirak ərizəsinə salınıb. Bu nə ilə bağlıdır?
- Kamran müqavilə ilə “Xəzər Lənkəran”a məxsus futbolçudur. O, yeni kluba transfer olunana qədər haradasa məşq etməlidir. Ağayev nə qədər ki başqa kluba keçməyib, bizim əvəzedici komandada oynayacaq.
- Yəni, əvəzedicilərin çempionatında oyunlara çıxması da mümkündür...
- Əgər əvəzedici komandanın baş məşqçisi lazım bilsə, meydana da çıxacaq.
- Bəs Ağayevin əsas komandada oynaması mümkündür?
- Yox. Əsas komandadan kənarlaşdırıldığı üçün yalnız əvəzedicilərin heyətində məşq edəcək.
- Kamran açıqlamalarının birində ona yüksək transfer qiyməti qoyulmasından gileylənib...
- Onun bu sözlərinə şərh vermək istəmirəm. Ağayev də peşəkardır, bizim klub da. Onunla transfer münasibətləri müqavilə ilə tənzimlənir.
- Ağayevin transferi ilə bağlı hansısa klub “Xəzər Lənkəran”a müraciət edibmi?
- Düzdür, maraqlananlar olub. Lakin telefon söhbəti səviyyəsində. Transferlə bağlı rəsmən heç kim müraciət etməyib.
- Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da Kamranın transferə çıxarılmasına münasibət bildirib. O, 1 səhvə, 1 oyuna görə qapıçının çıxarılmasını düzgün saymadığını qeyd edib...
- Almaniyalı mütəxəssisə böyük hörmətimiz var. Lakin görünür, Ağayev məsələsi ilə bağlı Foqtsa düzgün məlumat verilməyib. Kamran son oyununda buraxdığı səhvə görə transferə çıxarılmayıb. Bu qərar qəbul olunanda, onun son 1 ildə komandamızdakı çıxışları nəzərə alınıb.

0
0