Azərbaycan futbolunda görünməmiş hadisə
15.08.2012 - 23:00
Azərbaycan futbolunda görünməmiş hadisə
Azərbaycan millisi Bəhreyni 3:0 hesabı ilə məğlub etməklə, futbol tariximizdə görünməmiş nəticəni gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, bu il Hindistan yığmasını da eyni hesabla məğlub edən komandamız 20 illik tarixində ilk dəfə 2 darmadağını 1 ildə edib.

Ümumiyyətlə, indiyədək keçirdiyi 187 matçda cəmi 5 belə qələbəsi olan yığmamız əvvəlki 3 uğurunu fərqli illərdə gerçəkləşdirmişdi: 1996, 1997 və 1999-cu illərdə. 2012-ci ildə 2 rəqibini “nokaut”a salan millimizin baş məşqçisi Berti Foqts da sələflər üçün görünməmiş nailiyyətə imza atıb.

Belə ki, yığmamızda çalışmış heç bir çalışdırıcı 2 böyük hesablı qələbə görməmişdi.

Azərbaycan milli komandasının böyük hesablı qələbələri

27 fevral 1996-cı il
Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Farer adaları – 3:0
Baş məşqçi: Kazbek Tuayev

22 mart 1997-ci il
Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Türkmənistan – 3:0
Baş məşqçi: Vaqif Sadıqov

5 iyun 1999-cu il
Bakı. 2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunu. Azərbaycan – Lixtenşteyn – 4:0
Baş məşqçi: Əhməd Ələsgərov

27 fevral 2012-ci il
Dubay. Yoldaşlıq görüşü. Azərbaycan – Hindistan – 3:0
Baş məşqçi: Berti Foqts (Almaniya)

15 avqust 2012-ci il
Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Bəhreyn – 3:0
Baş məşqçi: Berti Foqts (Almaniya)