İsrail yığmasında qalmaqal
15.08.2012 - 19:00
İsrail yığmasında qalmaqal
Sentyabrın 7-də 2014-cü il dünya çempionatının seçmə mərhələsində millimizlə qarşılaşacaq İsrail yığmasının düşərgəsində qalmaqal baş verib. Apasport.az saytının xəbərinə görə, bu gün Macarıstanla yoxlama oyunu ərəfəsində İsrail komandasının baş məşqçisi Eli Qutman Almaniyanın “Nürnberq” klubunda çıxış edən Almoq Koeni millinin heyətindən kənarlaşdırıb.

Qutman bildirib ki, buna taktiki leksiyalar zamanı Koeinin “özünü yaxşı aparmaması” səbəb olub.

Qeyd edək ki, planlaşdırmaya qədər Koeinin əsas dayaq müdafiəçisi kimi meydana çıxacağı gözlənilirdi. Lakin düşərgədəki qalmaqaldan sonra Qutman Koeini komandadan qovmalı olub.