Berti Foqts yığmadan razı, müdafiədən narazı qaldı
15.08.2012 - 19:10
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Bəhreynlə yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı çalışdırıcı öncə azarkeşlərə təşəkkür edib: “Bu isti havada komandamıza dəstək verdikləri üçün onlara təşəkkür edirəm. Komandadan razı qaldım. Rəqibə şans vermədik”.
Foqts daha sonra bildirib ki, müdafiədə bəzi səhvlərə yol veriblər: “Amma İsraillə seçmə mərhələ oyununda bunu etməməliyik. Müdafiədən hücuma keçən zaman çatışmazlıq vardı. Bunu üzərində işləməliyik”.
Xatırladaq ki, millimiz Bəhreyni 3:0 hesabı ilə darmadağın edib.

0
0