Bəhreyn yığmasının baş məşqçisi: Ramazan ayı olduğundan...
15.08.2012 - 19:19
Bəhreyn yığmasının baş məşqçisi: Ramazan ayı olduğundan...
“Oyundan razı qaldım”. Apasport.az saytının xəbərinə görə, bunu Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor deyib.

İngilis çalışdırıcı bu gün millimiz 0:3 hesabla məğlub olduqları görüşdən sonra fikirlərini açıqlayıb. O bildirib ki, uduzmasına baxmayaraq, komandasında razı qalıb: “2 topu müdafiə xəttinin kobud səhvindən sonra buraxdıq. Qapıçımız penaltini dəf etsə də, künc zərbəsindən sonra kobud səhvə yol verdi. Ramazan ayı və hava isti olduğundan futbolçulardan razıyam”