“Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır”
15.08.2012 - 23:09
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert Estoniya ilə yoldaşlıq görüşündən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis nəticədən narazı qalıb: “İlk hissədən qətiyyən razı qalmadım. Futbolçular ancaq top ötürməklə məşğul olduqlarından rəqibə çətin anlar yaşatmırdılar. Ancaq ikinci hissədə aqressiv və sürətli futbol oynadıq. Bir neçə qol imkanı yaratdıq. Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır".
Xatırladaq ki, millimiz estonlara 1:0 hesabı ilə qalib gəlib.
0
0