“Hesab daha böyük ola bilərdi”
15.08.2012 - 23:20
“Hesab daha böyük ola bilərdi”
“Bizim hücumlarımız cərimə meydançasına qədər davam edirdi”. Apasport.az saytının xəbərinə görə, bunu Estoniya millisinin baş məşqçisi Frank Bernhard (U-21) deyib.

O yığmamıza 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib: “İlk hissədə fərqlənmək imkanlarımız oldu, ancaq onlardan istifadə edə bilmədik. İkinci hissədə müdafiədə boşluqlar buraxıb hücuma atıldıq. Azərbaycan yığması da bundan istifadə edib 2 qol vurdu. Hərçənd, hesab daha böyük ola bilərdi".