Cihan Özkara: Kim ən istəkli, “ac” olarsa...
15.08.2012 - 23:30
Azərbaycan yığmasının milliləşdirilən türkiyəli futbolçusu Cihan Özkaranın apasport.az saytına müsahibəsi
- Bəhreynlə yoldaşlıq görüşündə böyük hesabla qalib gəlməkdə çətinlik çəkmədiniz...
- İstənilən halda, rəqibi kiçiltmək doğru olmaz. Onlar da özünə görə bir komandadır. Ancaq bizim də öz işimiz vardı. Bəhreynə 3 qol vurmağımız çox yaxşı haldır.
- Qələbədə siz də vurduğunuz qolla pay sahibi oldunuz. Özü də bununla millimizdə qol hesabını açdınız...
- Bəli, bu, mənim Azərbaycan milli komandasında ilk qolumdur. Bu gün qol vuracağımı yüz faiz bilirdim.
- Nədən bilirdiniz?
- Çünki özümə yaz faiz əmin idim.
- Bu əminlik nədən irəli gəlir?
- Özümə güvənirəm. Hücumçuyam və burada işim qol vurmaqdır. Öz işimi ən yaxşı şəkildə görmək və milli komandaya faydalı olmaq istəyirəm.
- Sizcə, bu qolların davamı seçmə mərhələdə gələcək?
- Sizə verirəm ki, daha çox qol vuracağam.
- Belə çıxır ki, əsas heyətdə oynamağa iddialısınız. Ancaq hələlik daha çox sonradan meydana çıxırsınız...
- Bu, hazırlıq matçıdır. Belə oyunda baş məşqçi heyətdə dəyişiklik edir, futbolçuları sınayır. O, komanda yoldaşlarımı ilk dəqiqələrdən meydana buraxdı və hər kəs özünü ən yaxşı tərəfdən göstərmək istəyir. Kim ən istəkli, “ac” olarsa, onların oynayacağına əminəm.
- Klubunuzda işləriniz necə gedir?
- Yaxşı. Artıq çempionatımız başlayır. Onu səbirsizliklə gözləyirəm. Ümidlərim böyükdür. Çox yaxşı bir futbol mövsümü keçirmək istəyirəm. İnanıram ki, növbəti mövsümdə “Ərciyyəspor”da uğurlu çıxış edəcəyəm.
Mehman SÜLEYMANOV

0
0