AZAL və “Qarabağ”ın futbolçuları Tiranada görüşdü
16.08.2012 - 09:01
AZAL və “Qarabağ”ın futbolçuları Tiranada görüşdü
Albaniya və Moldova milli komandaları arasında oyun Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların üz-üzə gəlmədi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hər komandanın heyətində 1 təmsilçimiz meydana çıxıb. 0:0 hesabı ilə bitən matçın ilk dəqiqələrindən meydanda olan AZAL-ın üzvü Artur Patras Moldova yığmasına 77 dəqiqə kömək edib. Final fitindən 13 dəqiqə əvvəl əvəzlənən futbolçu oyunda sarı vərəqə də alıb. Albaniya yığmasının əsas heyətindəki yerini itirən Ansi Aqolli isə yalnız 73-cü dəqiqədə meydana daxil olub. “Qarabağ”ın futbolçusu 17 dəqiqə mübarizə aparıb.