“Foqts millidə oruc tutmağımızı məsləhət görmədi” - MÜSAHİBƏ
16.08.2012 - 10:15
Azərbaycan millisinin futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi
- Bəhreyn üzərində böyük hesablı qələbə qazanılan matçda ən fəallardan biri idiniz. Qol vurmasanız da, qələbədə iştirak etdiniz...
- Elədir. Hava isti olduğundan, oynamaq çətin idi. Ancaq buna baxmayaraq, Azərbaycan xalqını sevindirmək istəyirdik. Şükürlər olsun ki, qələbə qazandıq.
- Belə nəticə olacağını gözləyirdiniz?
- Əlbəttə, hamı bir olanda, qələbə də olur.
- Millinin oyununda yaxşılığa doğru olan hansı xüsusiyyətlər diqqətinizi çəkdi?
- Onu baş məşqçi deyə bilər. Ancaq dəyişiklər oldu. Topu çox saxlayırdıq, komanda öz oyunu oynayırdı. Çalışırdıq ki, qol vəziyyətlərindən istifadə edək. Şükürlər olsun ki, bunu bacardıq.
- Bu qələbə ən azı seçmə mərhələ öncəsi psixoloji durumu yaxşılaşdırmaq baxımından vacib idi...
- Əlbəttə, bu, qələbə bizə çox lazım idi. Həm azarkeşlər yığmamızdan qələbə gözləyir, həm də çoxdandır qalib gəlmirdik. Bu uğur seçmə mərhələyə başlayacağımız İsrail yığması ilə ev oyunu öncəsi bizə mənəvi güc verdi.
- Öz oyununuzu necə dəyərləndirərdiniz? Bir neçə dəfə uzaq məsafədən qapıya təhlükəli zərbə vursanız da, top “çərçivə”yə düşmədi...
- Düzdür, qol vurmaq istəyirdim və buna çalışırdım. Ancaq alınmasa da, təəssüflənmirəm. Çünki əsas odur ki, komandamız qələbə qazandı.
- Yığmanın düşərgəsində olduğunuz müddətdə oruc tutmadınız...
- Bəli, milliyə gələndə tutmadıq. Ancaq klubda bunu edirdik.
- Hava çox isti idi və oruc tutsaydınız, sizə daha çətin olardı. Bunu özünüz istəmədiniz, yoxsa baş məşqçi Berti Foqts məsləhət görmədi?
- Foqts millidə olarkən oruc tutmağımızı məsləhət görmədi. Buna görə yığmanın düşərgəsində olduğumuz müddətdə bunu etmədik. Ancaq onun qəzalarını klubda çıxmağa çalışacağıq.
Mehman SÜLEYMANOV

0
0