Berti Foqts: Suyun üstündə gəzməyi öyrənsə belə...
16.08.2012 - 10:48
Millimizin baş məşqçisi Berti Foqts vaxtilə Avropa çempionu etdiyi Almaniya yığmasındakı duruma münasibət bildirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Avro-2012-də mübarizəni yarımfinalda dayandırdıqdan sonra ciddi tənqidlərə məruz qalan həmkarı Yoahim Lövü müdafiə edib.
Foqtsun fikrincə, xələfi millidə kifayət qədər uğurlu çalışır: “Suyun üstündə gəzməyi öyrənsə belə, Lövü tənqid edəcəklər. Üzə bilmədiyini iddia edəcəklər. Lakin Almaniya yığmada indiki futbolçu nəslinin formalaşmasına görə məhz Lövə borcludur”.

0
0