“Xəzər Lənkəran”da 148-ci futbolçu
16.08.2012 - 11:07
“Xəzər Lənkəran”ın heyətində daha 1 futbolçu debüt edib. Apasport.az saytının məlumatına görə, Kamran Abdullazadə Lənkəran klubunda ilk rəsmi matçını Premyer Liqanın II turunda keçirib.
Kamran “Kəpəz”ə 4:0 hesabı ilə qalib gəldikləri ev oyununun 2-ci hissəsində meydana çıxmaqla, debütünü rəsmiləşdirib.
Bununla, “Xəzər Lənkəran”ın 8 illik tarixi ərzində onun formasını geyən futbolçuların ümumi sayı 148-ə çatıb. Belə ki, Gəncə təmsilçisi ilə matçadək buna 147 oyunçu nail olmuşdu. Bunlardan 89-u legioner, 58-i yerli futbolçu idi. Kamran bu siyahıda 59-cu azərbaycanlı oldu.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində daha 3 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avroliqaya, Orxan Sadıqlı ilə Ağabala Ramazanovunku isə Premyer Liqanın ilk turuna təsadüf etmişdi.
Mənbə: lankaranfc.com

0
0