Akif İsmayılov: Açılış mərasimin vaxtı hələ dəqiqləşməyib
16.08.2012 - 11:42
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunun rəsmi açılışı olacaq. Bu haqda apasport.az saytına arenanın direktoru Akif İsmayılov məlumat verib.
Tədbirin gün ərzində baş tutacağını bildirən İsmayılovun sözlərinə görə, rəsmi açılış üçün hər şey hazırdır.
“Açılış mərasimində dövlət başçısı İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov iştirak edəcək. Mərasimin vaxtı hələ dəqiqləşməyib, ancaq gün ərzində olmalıdır. Hazırlıq işləri demək olar yekunlaşıb. Yalnız meydançada 15-20 faizlik işlər qalıb” – deyə, İsmayılov bildirib.
Arenanın direktoru deyib ki, açılışdan sonra “Tofiq Bəhramov”da ilk oyun milli komandamızın sentyabrın 7-də İsraillə görüşü olacaq: “Stadionda görülən işlərdən razı qaldım, ürəyimcə oldu. Mərkəzi arena əsaslı təmir və yenidənqurma işlərindən sonra çox yaxşı vəziyyətdədir”.

0
0