Slavço Georgiyevski “Neftçi”yə “ilişdi” - MÜSAHİBƏ
16.08.2012 - 13:12
“İnter” klubunun yarımmüdafiəçisi nin müsahibəsi
- "İnter" Premyer Liqanın II turunda səfərdə “Qəbələ”yə uduzdu. Öncə bu məğlubiyyətin səbəbini bilmək istərdik.
- Qarşılaşmada əlinə düşən real qol imkanlarından istifadə edə bilməyəndə, məğlubiyyət yavaş-yavaş sənə tərəf gəlir. Bu imkanlar sağa-sola xərclənirsə, necə qalib gəlmək olar? “Qəbələ”nin oyun boyu 2 qol şansı oldu ki, bunların birindən istifadə etdilər. Biz isə 6 təhlükəli epizodu qola çevirə bilmədik. Futbolun yazılmamış qanunu var: vurmayana, vurarlar!
- Növbəti turda evdə çempionatın ən iddialı klublarından sayılan “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu görüş barədə nə deyə bilərsiniz?
- Bizi çox çətin bir matç gözləyir. Rəqib hər mövsüm çempionluq uğrunda mübarizə aparır. Lakin öz meydanımızda çıxış etdiyimizdən, üstünlük bizdə olacaq.
- Arxada qalan ilk 2 turda “İnter” qələbə qazana bilməyib. “Xəzər Lənkəran”la oyun öncəsi bu amil komandanıza psixoloji təsir göstərirmi?
- Xeyr. Məncə, bu amil bizim oyuna yaxşı köklənməyimizə daha çox kömək edəcək. Komanda nəyin bahasına olursa-olsun, qələbə qazanmaq istəyəcək.
- “Xəzər Lənkəran”da ən çox ehtiyat etdiyiniz cəhətlər hansılardır?
- Əvvəla, onlar ötənilki heyəti qoruyub saxlamağı bacarıblar. Eyni zamanda, onların əks-hücumları çox təhlükəli olur. "Xəzər Lənkəran"ın müdafiə və orta xətlərini də xüsusi vurğulamaq olar.
- "Xəzər Lənkəran"ın müdafiə xəttinin güclü olduğunu dediniz. Müdafiənin dayağı isə “Neftçi”dəki sabiq komanda yoldaşın Ruslan Abışovdur. Ona qarşı oynamaq çətin olmayacaq ki?
- Əlbəttə, Ruslana qarşı mübarizə aparmaq çox çətin olacaq. Bu futbolçu artıq özünü neçə illərdir ki, sübut edib. Ruslanın özəlliklərindən biri də onun universal futbolçu olmasıdır. Fikrimcə, çox çətin olacaq.
- Bəs “Xəzər Lənkəran” üzərində qələbə qazanmaq şansı necə dəyərləndirirsiniz?
- Əgər “Qəbələ” ilə oyundakı kimi real qol imkanlarımızı boşa verməsək, qalib gələ bilərik. Buna görə də, epizodlarda diqqətli oynamalıyıq.
- Sabiq komandanız “Neftçi” Avroliqanın pley-off matçında Kipr təmsilçisi APOEL-ə qarşı oynayacaq. Necə düşünürsünüz, “Neftçi” APOEL səddini keçə biləcəkmi?
- Kipr çempionatında oynamış futbolçu kimi deyə bilərəm ki, “Neftçi” APOEL-lə yox, İtaliya "İnter”i ilə düşsəydi, bundan yaxşı olardı. APOEL çox güclüdür. Təsadüfü deyil ki, bu klub Çempionlar Liqasının 1/4 final mərhələsinə kimi yüksəlib. "Neftçi" üçün çox çətin olacaq. Yəni, cütün favoriti qismində APOEL-i görürəm. Yadımdadır ki, bir müddət bundan öncə “Neftçi” rəhbərliyi mən də daxil olmaqla, bir neçə futbolçunu komandadan uzaqlaşdıranda, Avroliqanın qrup mərhələsinə düşmək üçün belə etdiklərini bildirirdi. Əvəzində yaxşı legionerlər alacaqlarını söyləmişdilər. “Neftçi”nin məşqçisi Tərlan Əhmədovun müsahibəsində oxudum ki, bunların belə fikri var. Bəxtiyar Musayevlə Tərlan Əhmədov Avroliqanın qrup mərhələsinə düşəcəkləri barədə bəh-bəhlə elə müsahibə vermişdilər ki... İndi hadisələrin gedişini izləmək çox maraqlı olacaq. Hamıya hörmətim var. Lakin hər şeyə real baxmaq lazımdır (olimpiya.az).

0
0