Paulu Bentu: Azərbaycan və Lüksemburq yığmaları fərqli komandalardır
16.08.2012 - 14:08
“Azərbaycan və Lüksemburq yığmaları 2 fərqli komandadır. Qarşılaşdığımız Panama isə tam başqa”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan pireneylilərin çalışdırıcısı yoxlama oyununda 2:0 hesabı ilə məğlub etdikləri Panama ilə qarşılaşmaqlarının səbəbini açıqlayıb: “Biz bu rəqiblə ona görə oynadıq ki, daha çox hücum etməklə nəyə qadir olduğumuzu görək. Müdafiə planına gəlincə isə orda müxtəlif strategiyalar mümkündür. Bu rəqibdən də asılı olacaq. Panama ilə görüşdə ayrı-ayrı xətləri yükləməyə çalışdıq. İlk növbədə futbolçularımız sentyabrdakı oyunlara nə qədər ciddi yanaşdıqlarını göstərdilər”.
Bentu millimizlə sentyabrın 11-dəki görüşə də toxunub: “Həmin oyuna heyətdə dəyişikliklər edəcəyəm. İstəyirəm ki, millidə rəqabəti artırım. Milliyə yalnız elə futbolçular çağırılacaq ki, komandaya xeyir versinlər”.
Qeyd edək ki, Portuqaliya yığması seçmə mərhələdə ilk oyununu sentyabrın 7-də Lüksemburqa qarşı səfərdə keçirəcək. 4 gün sonra isə pireneylilər millimizi Braqa şəhərində qəbul edəcəklər.

0
0