“Qarabağ” 10 futbolçusuna qovuşur
16.08.2012 - 15:45
“Qarabağ” Premyer Liqanın III turunda “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, artıq 3 gündür həmin matça çalışmaları milli oyunlar üzündən tam heyətlə yerinə yetirə bilməyən komanda bu gündən yığma futbolçularına qovuşur. Əsas yığmaya göndərilən 5 futbolçu ilə yanaşı, 4 futbolçu U-21-nin Estoniya ilə matçına görə düşərgəni tərk etmişdi.
Albaniya - Moldova (0:0) görüşündə ev sahiblərinin heyətində meydana çıxan Ansi Aqolli isə sabah məşqə çıxa biləcək. 9 yerli futbolçu bu axşam Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda saat 18:30-da baş tutacaq çalışmaya qoşulacaq. Zədə səbəbindən millinin oyununu buraxan Əfran İsmayılov komandanın fizioterapevti Murat Şahinoğlunun nəzarətində xüsusi proqramla çalışır.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu avqustun 19-da Mehdi Hüseynzadə adına şəhər stadionunda saat 18:00-da keçiriləcək.

0
0