“Mitreskiyə əsas heyətdə şans verməyi düşünmürük”
16.08.2012 - 15:59
“İqor Mitreski hazırda əvəzedici komandanın məşqlərində iştirak edir. O, əsas heyətdə yoxdur”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Hapoel”lə İsraildə keçirilən oyundan dərhal sonra heyətində dəyişiklik edən “Neftçi” 3 futbolçusunu transferə çıxarmışdı.
Belə ki, səfərdəki 0:4 hesablı məğlubiyyət zamanı kobud səhvləri ilə yadda qalan qapıçı Rauf Mehdiyev, müdafiəçilər Rail Məlikov və İqor Mitreskiyə özlərinə yeni komanda axtarmaları tapşırılmışdı. Mehdiyev və Məlikovun paytaxt təmsilçisinin sıralarını tərk etdiyi aydındır. Amma Makedoniya yığmasının sabiq üzvü hələ də “Neftçi”nin düşərgəsindədir.
Əvəzedici komanda ilə məşqlərə çıxan müdafiəçinin adı bu günlərdə “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində APOEL-lə keçirəcəyi oyun üçün UEFA-ya göndərdiyi sifariş vərəqəsində öz əksini tapıb. Amma məşqçi bu belə izah edib: “Mitreski “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı. Ona görə də onun adını iştirak ərizəsinə daxil etdik. Yenə qeyd edirəm, əsas heyətlə məşq etmir. Onu əsas komandada oynatmağı düşünmürük. Gələcəkdə necə olacağını indidən deyə bilmərəm”.

0
0