AZAL-ın legioneri: Bu nəticə meydandakıları əks etdirir
16.08.2012 - 16:43
AZAL-ın futbolçusu Artur Patraş Tirana səfərindən danışıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Moldova yığmasının heyətində Albaniya millisi ilə səfərdəki yoldaşlıq görüşündə start heyətində meydana çıxaraq, 77-ci dəqiqədə əvəzlənib.
Artur “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin iştirakçısı olduğu matçda rəqibin onlardan daha yaxşı oynadığını etiraf edib: “Ancaq sonradan biz topa nəzarət etməyə başladıq, qol vəziyyətləri yaratdıq. Son 10 dəqiqə xüsusilə çətin idi. Çünki albaniyalılar hücum etməyə başladılar, biz isə bir az yorulduq. Buna görə də sonda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaranmağa başladı. Fikrimcə, biz pis matç keçirmədik. 0:0 hesablı heç-heçə isə meydandakıları əks etdirir”.
Qeyd edək ki, Patraş mövsümlərarası fasilədə AZAL-a keçib.

0
0