Lionel Messinin can atmadığı rekord
16.08.2012 - 17:14
Lionel Messinin can atmadığı rekord
Dünyanın ən yaxşı futbolçusu olan Lionel Messi kapitanı olduğu Argentina yığmasında rekordçu olmaq haqda düşünmür. Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçunun Almaniya yığmasına səfərdə 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə vurduğu qol onun üçün millidə 27-ci olub. Bu baxımdan rekord isə əfsanəvi hücumçu Qabriel Batistutaya məxsusdur. Belə ki, artıq karyerasını bitirən argentinalı yığmada 56 qola imza atıb.

Bir sıra rekordlara imza atan Messi millidə tezliklə buna nail olmağa can atmır. O, ümumiyyətlə, uğurlu çıxışını təkcə öz xidməti saymır: “Vurduğum qol təkcə mənim yox, Erxio Aquero ilə Qonsalo İquaninin xidmətidir. Biz meydanda birgə yaxşı işləyirik. Bu, məşqçimiz üçün daha bir variantdır. Almanların böyük ehtiyat skamyası olan çox güclü komandası və böyük potensialı var. Onlar 10 nəfərlə qalanda, oyunda nəsə dəyişdi. Biz daha çox topa sahib olmağa başladıq və bunu məmnuniyyətlə etdik. Bu, yaxşı balanslaşdırılmış oyun idi. Hərçənd mənfi şeylər də var. Batistutanın rekorduna gəlincə, buna çatmağıma hələ çox var”.