“Mançester Yunayted” əzəli rəqibinin kapitanını transfer etdi
16.08.2012 - 17:35
“Mançester Yunayted” səs-küylü transferə imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin ən titullu klublarından biri əzəli rəqibi olan “Arsenal”ın kapitanı Robin van Persinin keçidini həll edib. 25 yaşlı hollandiyalı hücumçu ilə 4 illik müqavilə imzalanmağı nəzərdə tutulub.
Buna əsasən Robin həftədə 235 min funt sterlinq məvacib alaraq, yeni komandasının ən yüksək ödənişli futbolçusu olacaq. “Mançester Yunayted” transferin 22,5 milyon funt sterlinqə başa gəldiyini rəsmən açıqlayıb. Kluba qarşıdakı 4 ildə Çempionlar Liqası, yaxud İngiltərə çempionluğunu qazanarsa, daha 1,5 milyon ödəməlidir.
Mançester təmsilçisinin baş məşqçisi Aleks Ferqyuson van Pertsinin bu gün tibbi müayinədən keçəcəyini bildirib: “Bəli, onun indi bir az zədə problemi var. ancaq o, gələn bazar ertəsi çempionatın ilk turunda “Everton”la matçda oynamağına əngəl olmamalıdır. Biz hamımız inanırıq ki, hollandiyalı həmin matçda meydana çıxa biləcək”.
Qeyd edək ki, Robin 10 ilə yaxındır London klubunda çıxış edirdi.

0
0