“Qalatasaray” legionerini icarəyə verdi
16.08.2012 - 18:57
“Qalatasaray” argentinalı futbolçusu Emmanuel Kulionu icarəyə verdiyini rəsmən açıqlayıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi növbəti 1 ili icarə əsasında Superliqa təmsilçisi “Mersin İdman Yurdu”nda keçirəcək. “Cim Bom”un baş məşqçisi Fatih Terim Avstriya təlim-məşq toplanışında Kulioya şans versə də, razı qalmadığından onun komandada qalmağını istəməyib.
Belə olan halda, Mersin təmsilçisi “Qalatasaray” rəhbərliyini danışıqlarda legioneri gələcəkdə birdəfəlik almaq şərti ilə icarəyə götürməyə razı sala bilib. Belə ki, istanbullular yaydığı rəsmi açıqlamada “Mersin İdman Yurdu”nun 2013-cü ilin yanvarın 15-ə kimi 1,5 milyon verəcəyi halda, argentinalının transfer hüquqlarına sahib çıxacağını bildirib.
Qeyd edək ki, Emmanuel 2011-ci ildə keçdiyi “Qalatasaray”da 15 oyunda 4 qol vurub. O, ötən mövsümü digər Superliqa təmsilçisi “Orduspor”da icarədə keçirərək, 30 oyunda 4 dəfə fərqlənib.

0
0