“Turan” müqavilə bağladığı futbolçunu geri qaytardı
16.08.2012 - 23:01
“Turan” qapıçısı ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, klubdaxili iclasda baş məşqçi Əsgər Abdullayev 15 gün əvvəl heyətə cəlb etdiyi Mikayıl Yusifovun xidmətindən imtina edib.
İlk turda “Kəpəz”lə, ardınca “Sumqayıt”la oyunlarda “çərçivə”ni qoruyan qolkiper ümidləri doğrultmayıb. Xüsusilə, Gəncədəki oyunun sonlarına yaxın baş məşqçiyə yorulduğunu bildirib.
Sumqayıt təmsilçisinə Tovuzdakı yenilgi isə rəhbərliyin heyətdə dəyişiklik etməsi ilə nəticələnib. Əslində, Abdullayevin bu addımı başa düşüləndir. Təcrübəli mütəxəssis bu qərarı verməklə sabiq yetirməsi üçün yol açıb.
Söhbət “Neftçi”nin transferə çıxardığı Rauf Mehdiyevdən gedir. Adı əyalət təmsilçisi ilə yanaşı çəkilən qapıçı də bunu təkzib etməyib. “Simurq”la oyuna qədər Mehdiyevin keçidi baş tutmasa, qapını yayda heyətə cəlb edilən xorvatiyalı qapıçı İvan Qrabovaç qoruyacaq. Onun arxada qalan iki turda meydana çıxmaması isə sırf zədəsi ilə bağlı idi.
Belə ki, o, Tovuzdakı məşqlərin birində qolunu sındırıb. Çox güman ki, Raufun gəlişi baş tutsa Qrabovaç da vətəninə yola salınacaq.

0
0