“Hər şeyi mətbuat şişirdir”
16.08.2012 - 23:11
“Barselona”nın futbolçusu Lionel Messi “Real”in hücumçusu Kriştianu Ronaldu barədə danışıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu portuqaliyalı həmkarı ilə heç vaxt rəqabətə cəhd etmədiyini söyləyib.
“Mən, sadəcə, öz işimi keyfiyyətlə görməyə, “Barselona” və Argentina millisi üçün kuboklar qazanmağa çalışıram. Kriştianuya bir çox digər oyunçular kimi hörmətim var. Lakin biz onunla yaxın dost deyilik. Mənim dostlarım çoxdandır birgə oynadığım komanda yoldaşlarımdır” - deyə, Messi bildirib.
25 yaşlı qolçu Ronaldu ilə heç bir münaqişəsinin olmadığını da vurğulayıb. Onun fikrincə, hər şeyi qarşıdurmada maraqlı olan mətbuat şişirdir”.
Qeyd edək ki, həm Lionel Messi, həm də Kriştianu Ronaldu “Qızıl top”a namizəddir.

0
0