Azərbaycan yığması yalnız Rusiyadan geri qalır
17.08.2012 - 09:19
Futbolçularının digər ölkələrin yığmaları üçün milliləşdirilməsi Ukrayna üçün adi hala çevrilib. Apasport.az saytının məlumatına görə, dünyanın bir sıra ölkələrin oyunçu bəxş edən Ukraynadan olan həmkarlarımız da bu mövzuya biganə qala bilmirlər.
Müxtəlif xarici yığmalarda oynamış təmsilçiləri barədə xüsusi yazı hazırlayan slavyanlar ilk belə oyunçunun hələ ötən əsrin əvvəllərində bu addımı atdığını da vurğulayıb.
Hələ 1923-cü ildən Polşaya üz tutan Miçeslav Baçın davamçıları arasında Azərbaycana üz tutanlar da az olmayıb. Əsas millimizdə odessalılar Vladimir Levin, Vladimir Poşexontsev və Aleksey Stukasın, dnepropetrovsklı Aleksandr Çertoqanov, ujqorodlu Andrey Popoviçın çıxış etdiyini qeyd edən ukraynalıların siyahısında yığmamız yalnız Rusiyadan geri qalır.
Belə ki, Rusiya millisi 15 ukraynalını ələ keçirib. Türkmənistan isə Azərbaycan kimi 5 ukraynalını milliləşdirib.
Qeyd edək ki. siyahıda bu ölkələrdən başqa Belarus, Macarıstan, Gürcüstan, Qazaxıstan. Latviya, Moldova, Polşa, Rumıniya, ABŞ, Çexoslovakiya, Tacikistan da var.

0
0