“Bu nəticəyə əsasən Foqts komandası ilə birgə rahat yata bilər”
17.08.2012 - 09:27
“Bu nəticəyə əsasən Foqts komandası ilə birgə rahat yata bilər”
Azərbaycan milli komandasının 2014-cü ilin dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasının hazırkı durumu Rusiya mətbuatının müzakirə obyektindədir. Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sport Ekspress” qəzeti israillilərin növbəti seçmə mərhələ öncəsi son yoxlama oyununu keçirdiyi Macarıstan yığması ilə 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşünə qiymət verib.

Rus həmkarlarımızın fikrincə, İsrail yığmasının startda Azərbaycan və Rusiya milliləri ilə matçlarda yaxşı nəticə göstərmək şansı elə də yüksək deyil. Onlar bunu rəqibin hazırkı vəziyyəti ilə əsaslandıraraq, millimizin almaniyalı baş məşqçisi Berti Foqtsa tövsiyələrini çatdırıblar: “İsrail yığması 2014-cü il dünya çempionatının startına 3 həftə qalmış yumşaq desək, elə də yaxşı təsir bağışlamırdı. Prinsipcə, Macarıstandakı yoxlama oyununun nəticəsinə əsasən təkcə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello yox, Berti Foqts Azərbaycan milli komandası ilə birgə rahat yata bilər. Tam balanslaşdırılmamış müdafiə və effektsiz hücum israilli futbol şərhçilərinin yetərincə qıcıq yaratdı. Hətta onlar biri öz milli komandasını “avara sirk” adlandırdı. Açığı, elə meydan sahibləri də yaxşı tərəfdən xüsusi bir şeylə fərqlənmədi və 1:1 hesablı nəticə də yetərincə qanunauyğun idi”.

Qeyd edək ki, İsrail sentyabrın Azərbaycanın 7-də qonağı olaraq, 11-də Rusiyanı qəbul edəcək.