UEFA “Tofiq Bəhramov”da təftişə başlayır
17.08.2012 - 10:46
UEFA “Tofiq Bəhramov”da təftişə başlayır
UEFA-nın Stadion və Təhlükəsizlik Komitəsinin üzvü Jean-Francois Crucke Bakıda səfərdədir. Apasport.az saytının məlumatına görə, səfər proqramı çərçivəsində UEFA nümayəndəsi Tofiq Bəhramov adına Respublika stadionunu və AFFA tərəfindən Bayıl və 8-ci km qəsəbələrində inşa olunan stadionların təftişini aparacaq. Sonda baxış keçirilmiş stadionlara UEFA tərəfindən kateqoriyalar veriləcək.

Mənbə: affa.az