Portuqaliya – Azərbaycan matçının vaxtı dəyişdi
17.08.2012 - 10:54
Portuqaliya – Azərbaycan matçının vaxtı dəyişdi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya-Azərbaycan oyununun başlama saatı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, bu addım teleyayımla əlaqədar atılıb. Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu Braqa şəhərindəki “AXA Stadium”da keçiriləcək.

Mənbə:affa.az