Liderlərin “ac” klublarla səfər sınaqları
17.08.2012 - 11:23
Liderlərin “ac” klublarla səfər sınaqları
Sabah Premyer Liqada III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mərkəzi oyunla başlayacaq tur elə digər mərkəzi görüşlə yekunlaşacaq.

Hər halda, Bakıda keçiriləcək “Neftçi” – “Qəbələ” və “İnter” – “Xəzər Lənkəran” matçlarının hər ikisini əsas duellər saymaq olar. “Neftçi”nin Avroliqada APOEL-lə (Kipr) ev oyunu ilə əlaqədar çempionatdakı matçının vaxtının avqustun 19-dan 18-ə dəyişdirilməyi mərkəzi oyunların ayrı-ayrı günlərə düşməyi ilə nəticələndi.

Paytaxtdakı qəsəbə stadionlarına çıxacaq qonaqlar hazırda şərikli liderlərdir. Belə ki, “Qəbələ” ilə “Xəzər Lənkəran” mövsümə uğurla start götürərək, səfərdəki bərabərliklərin ardından evdə qələbə qazandılar. Onların rəqibləri olan Bakı təmsilçiləri isə hələlik qələbəyə həsrətdir. İlk turda “Bakı” ilə ev oyunu təxirə salınan “Neftçi” XXI çempionata “Qarabağ”a səfər məğlubiyyəti ilə başladı.

“İnter”in isə 2 turdan sonra cəmi 1 xalı var. Özü də təqvimə əsasən start “bankirlər” üçün çətin alınıb. Çünki bürünc medalçı “Qarabağ” və “Qəbələ”nin ardından mükafatlara iddialı daha bir rəqiblə üzləşməli olacaq. Lənkəranlıların ötən mövsüm gümüş medal uğrunda mübarizədə əsas rəqibi məhz “İnter” idi ki, onu qabaqlaya bildi. “Qəbələ” isə çempionatı 5-ci yerdə bitirsə də, “altılıq”da ən çox toplayan, “Neftçi”dən ən çox xal alan komanda oldu. Özü də həmin 3 qələbənin hamısı hazırkı türkiyəli baş məşqçi Fatih Kavlakın vaxtında qazanıldı.

18 avqust

18:00. “Kəpəz” – AZAL
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Zeynal Zeynalov, Tahir Əhmədov
Gəncə. Şəhər stadionu

18:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

19:00. “Simurq” – “Turan”
Hakimlər: Orxan Məmmədov, İlham Əliyev, Rza Məmmədov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

20:00. “Rəvan” – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, İsgəndər Əliyev, Teymur Fərhadov
Bakı. “Dalğa Arena” stadionu

19 avqust

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab Məmmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:30. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. “AZAL Arena” stadionu


komandalar o q h m tx
1
Xəzər L21105-14
2
Qarabağ21102-14
3
AZAL21105-34
4
Qəbələ21102-14
5
Sumqayıt21103-24
6
Turan21012-23
7
Simurq20201-12
8
İnter20111-21
9
Bakı10100-01
10
Rəvan20112-41
11
Neftçi10010-10
12
Kəpəz20021-60