“Den Boş”un futbolçusu millimizə dəvət olundu
17.08.2012 - 12:36
“Den Boş”un futbolçusu millimizə dəvət olundu
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız baş məşqçisi Nikolay Adamın rəhbərliyi altında avqustun 22-dən 30-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Almaniyalı mütəxəssis həmin hazırlığa 24 futbolçu çağırıb. Bunlar Tural Osmanov, Sərxan Əhmədli, Rövlan Muradov, İbrahim Qədiyev, Tural Əhmədov (hamısı “Neftçi”), Suleyman Suleymanov, Toğrul Məhəmmədbəyli, Baxşəli Baxşəliyev, Azər İsmayilov, Fərid Əsədli, Elvin Dəmirov, Kənan Rəfiyev, Nurlan Quliyev, Sahil Zeynalov (hamısı “Qəbələ”), Nihad Tamazov, Kamil Akimov (hər ikisi “Qarabağ”), Kamran Əliyev, Nicat Suleymanov, Yusif Cəfərov, Elçin Tağıyev, Əmrah Bayramov (hamısı “Bakı”), Qara Qarayev (“Əlincə”), Ziya Əzizov (“Den Boş”, Hollandiya) və Tusif Yaqubzadədir (Tambov Futbol Akademiyasi, Rusiya).

Mənbə: affa.az