Dünya çempionatı ilə bağlı növbəti təlim
17.08.2012 - 15:25
7 aydır təbliğat və seçimləri davam etdirilən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin könüllüləri artıq ayrı-ayrı departamentlərlə görüşlərə başlayıb və uyğun olaraq bölünüblər. Apasport.az saytının məlumatına görə, avqust ayından könüllülərin treninqinə də start verilib. Bu dəfə isə nəqliyyat şöbəsi öz könüllüləri ilə nəzəri təlimlərə başlayıb. Təlim zamanı çempionat müddətində müştərək işləyəcək könüllülərin həm bir-birini, həm də departament əməkdaşlarını yaxından tanımaq imkanı olub. Onlara görülməsi lazım olan işlər, FIFA standartları, iş qaydaları barədə nəzəri məlumatlar verilib.
Qeyd edək ki, təlimlərin ikinci hissəsi isə stadionlarda, praktiki fəaliyyətlə davam etdiriləcəkdir.
Mənbə: affa.az
Qeyd edək ki, təlimlərin ikinci hissəsi isə stadionlarda, praktiki fəaliyyətlə davam etdiriləcəkdir.
Mənbə: affa.az
0
0