APOEL-in legioneri: İndi əsas işimiz “Neftçi”ni yaxşı öyrənməkdir
17.08.2012 - 15:40
“Hazırda komandamızda gözəl atmosfer var. İndi əsas işimiz “Neftçi”ni yaxşı öyrənməkdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri APOEL-in braziliyalı futbolçusu Qustavo Manduka deyib.
Ötən il Çempionlar Liqasında 1/4 finala kimi irəliləyən, Madrid “Real”ının dayandırdığı komanda bu dəfə Avroliqada qrupa düşməyə çalışır. Bunun üçün son təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmaq lazımdır.
Qustavo qarşılarına qoyduqları məqsədə nail olacaqlarına böyük inam bəsləyir. 2010-cu ildən Kipr klubunda oynayan 32 yaşlı sol cinah yarımmüdafiəçisinin fikrincə, avqustun 23-də Bakıdakı oyundakı nəticədən çox şey asılı olacaq: “Biz artıq bilirik ki, “Neftçi” öz meydanında yaxşı oynayır. Buna görə də ilk oyunda diqqətli olmalı, səhv buraxmamalıyıq. Ümumilikdə, APOEL-in turnirdə irəliləyəcəyini düşünürəm”.

0
0