Eli Qutman: Bakıdakı görüşdə təsadüfi futbolçular olmayacaq
17.08.2012 - 17:06
“Milli komandamızın ən vacib oyunu Azərbaycana qarşı olacaq. Bu, ilk oyun olduğundan bizim üçün çox önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail yığmasının baş məşqçisi Eli Qutman deyib.
DÇ-2014-ün seçmə mərhələsində, sentyabrın 7-də millimizlə keçiriləcək ilk oyun haqda fikirlərini açıqlayan Qutman Bakıdakı matça çox önəm verir: “Oyuna hələ 3 həftə vaxtımız var. Bu müddətdə futbolçularımızı da başa salacağıq ki, həmin görüş nə dərəcədə vacibdir. Macarıstanla yoxlama oyunu ərəfəsində 4 məşq keçdik. Bakıdakı qarşılaşmayadək daha 3 hazırlıq keçirəcəyik. Həmin çalışmaları səylə işləyib komandamıza yeni oyun metodunu aşılamalıyıq. Milli komandada təsadüfi oyunçular olmayacaq. Belələrini 1-2 günə komanda üslubuna uyğunlaşdırmaq çətindir. İndiki heyətin üzvləri məni tam qane etməsə də, seçmə mərhələyə məhz onlarla başlayacağıq”.

0
0