“Bayer”in futbolçusu Azərbaycan çempionatında - FOTO
17.08.2012 - 17:20
Premyer Liqanın III turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü əslən azərbaycanlı olan Erdal Çelik “Gənclik şəhəri”nin təmsilçisi ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Karyerasına 2007-ci ildə “Alemannia Aaxen” klubunda başlamış adıçəkilən futbolçu 2008-2011-ci illər ərzində Leverkuzenin “Bayer” klubunda çıxış edib. Erdal adıçəkilən klubun II komandasında 31 qarşılaşmada forma geyinib. Mərkəz müdafiəçi mövqeyində çıxış edəcək futbolçu “Rot Weiss Ahlen”də 14 qarşılaşmada 1 qola imza atıb. Erdal son olaraq, ötən mövsüm “Bucaspor”un formasını geyinib (8 oyun).

0
0