“Əl-Əhli”ni “Qarabağ”a dəyişdi
17.08.2012 - 18:59
“Qarabağ” daha bir transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi cari mövsüm 3-cü legioner keçidini həll edib.
Belə ki, “Qarabağ” Miro Varvodiçlə Riçard Almeydanın ardından Misirin ən istedadlı futbolçularından sayılan Mustafa Selimlə müqavilə bağlayıb. Sürətli driblinq və texnikasına görə “Afroto” ləqəbli futbolçu ölkəsinin ən güclü klubu sayılan “Əl-Əhli”dən gəlib.
Qeyd edək ki, 2009-cu ildə Misirdə keçirilən 21 yaşlıların dünya çempionatında millisinin aparıcı siması Selim “Qarabağ”ın Boludakı təlim-məşq toplanışına qatılaraq, “Rizespor”la yoxlama oyununda qələbə topunu vurmuşdu.

0
0