“Simurq” Popoviçlə müqavilə bağladı
18.08.2012 - 09:36
“Simurq” Popoviçlə müqavilə bağladı
“Simurq” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi daha 2 legioner futbolçunun keçidini həll edib. “Sarı-qaralar” serbiyalı Mario Boziç və xorvatiyalı Zdravko Popoviçlə mövsümün sonuna qədər rəsmi müqavilə bağlayıb.
29 yaşlı yarımmüdafiəçi Mario “Simurq”un heyətində 25 nömrəli formanı geyinəcək. 28 yaşlı hücumçu Zdravko isə 10 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, hər iki futbolçu artıq komanda ilə məşqlərə qatılıb. Baş məşqçi Georgi Çixradze “Turan”la keçiriləcək qarşılaşmada onlara şans verəcəyi halda meydana daxil ola biləcəklər.