“Neftçi”nin taleyinə aydınlıq gələcək vaxt müəyyənləşdi
18.08.2012 - 10:14
Avropa Liqasının IV təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq Azərbaycan çempionu “Neftçi”nin səfərdə keçirəcəyi oyunun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avqustun 30-da Nikosiyada keçiriləcək qarşılaşmanın başlama saatı açıqlanıb. GSP stadionunda baş tutacaq cavab oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Məhz həmin görüşdə “Neftçi” ilə APOEL-in avrokuboklardakı taleyinə aydınlıq gələcək.
0
0