Yan Yanik: Serjaoya qarşı resept tapa bilmədik
18.08.2012 - 10:44
Yan Yanik: Serjaoya qarşı resept tapa bilmədik
“Araz”la oyunumuz çox çətin alındı. Oyunçularıma taktiki göstərişlər vermişdim ki, bunun sayəsində qələbə qazana bilərdik. Lakin imkanlarımızdan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın “Slov-Matik” futzal klubunun baş məşqçisi Yan Yanik deyib.

O, Latviyada keçirilən beynəlxalq turnirin ilk oyununda Azərbaycan çempionu “Araz”a 2:4 hesablı məğlubiyyətin səbəbini açıqlayıb: “Araz” meydanda ağalıq edən tərəf idi. Lakin ilk yarıdakı oyuna görə xoşbəxtəm. Komandam yaxşı oynadı. Lakin fasilədən sonra hər şey dəyişdi. Serjao “Araz”ın onurğa sütunUdUr. Biz isə Serjaoya qarşı resept tapa bilmədik. Bununla da məğlubiyyətimiZ gerçəkləşdi. İndi ümidimizi növbəti oyuna bağıamışıq”.