Çempionun oyunçusu zirvədə
18.08.2012 - 11:32
Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq futzal turnirinin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın üzvü Serjao da yarışın ən məhsuldar oyunçuları arasındadır. Slovakiyanın “Slov-Matik” klubu ilə qarşılaşmasında 2 qol vuran milliləşən braziliyalımız ilk turda üz-üzə gəldiyi Peter Qalko ilə yanaşı bombardirlər cədvəlinin ilk pilləsində qərarlaşıb. Digər oyunda 1-dən artıq ol vuran olmadığı üçün bu cütlük hamıdan öndədir.
Qeyd edək ki, “Araz”ın “Slov-Matik”i 4:2 hesabı ilə məğlub etdiyi turda Latviya “Nikars”ı ilə Belarus “Mapid”i qalibi müəyyənləşdirə bilməyiblər – 3:3
Qeyd edək ki, “Araz”ın “Slov-Matik”i 4:2 hesabı ilə məğlub etdiyi turda Latviya “Nikars”ı ilə Belarus “Mapid”i qalibi müəyyənləşdirə bilməyiblər – 3:3
0
0