Yovanoviç Bakıya Predraq Ekarı göndərdi
18.08.2012 - 12:53
Yovanoviç Bakıya Predraq Ekarı göndərdi
Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Kiprin APOEL klubunun Azərbaycana göndərdiyi “casus” bu gün Premyer Liqa oyunlarını izləyən azarkeşlər arasında olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun “Qəbələ” ilə Bakıdakı oyununu Nikosiya təmsilçisinin məşqçisi Predraq Ekar izləyəcək. Baş məşqçi serbiyalı İvan Yovanoviçin həmyerlisi və əsas köməkçisi rəqib haqda məlumat toplamaq üçün qarşılaşanı canlı seyr edəcək. Yovanoviçin özü də səfərə çıxmaq niyyətində olsa da sonda fikrindən daşınaraq köməkçisinin “casusluğu” ilə kifayətlənməyə qərar verib.

Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.