Fatih Terim: Kakanı kim istəməz?
18.08.2012 - 14:24
Fatih Terim: Kakanı kim istəməz?
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Kaka ilə maraqlanmaları barədə xəbərlərə münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, "İmperator" ləqəbli mütəxəssis braziliyalı ulduzun transfer siyahılarında olduğunu təsdiq edib: "Kakanı kim istəməz ki? Təbii ki, belə bir təcrübəli bir futbolçunu komandamızda görmək istəyirik. Bir ay əvvəl prezident Ünal Aysalla bununla bağlı danışdıq. Ona da "Kaka kimi bir futbolçunu kim istəməz ki" dedim. Danışıqlar davam edir".

Bu arada "Qalatasaray"ın İdarə Heyətinin üzvü Refik Arkan da xəbəri təsdiq edib: "Qalatasaray" Kaka ilə də danışıqlar aparır. Proses bir ay əvvəl başlayıb. Hazırda şərtləri dəyərləndiririk. "Qalatasaray" istəsə, Kakanı alar. Prezidentimizin İstanbula dönməsini gözləyirik. Gələndən sonra qərar verəcəyik".