“0:3 hesablı məğlubiyyət bizi ayıltdı”
18.08.2012 - 20:49
“0:3 hesablı məğlubiyyət bizi ayıltdı”
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevə şəfa diləyirəm. İnanıram ki, tezliklə onu komandasının başında görəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Neftçi”-“Qəbələ” matçından sonra “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis böyükhesablı məğlubiyyətlərinə bu cür aydınlıq gətirib: “Neftçi” psixoloji cəhətdən gərgin idi. Onlara qələbə lazım idi. 0:3 hesablı məğlubiyyət bizi ayıltdı. Səhvlərimizi təhlil edəcəyik. “Neftçi”yə Avropa Liqasında uğurlar arzulayıram”.