110 dollarlıq “Real”, 10 manatlıq “Neftçi”
18.08.2012 - 23:02
Futbol möhtəşəm oyundu. Əbəs yerə onu idmanın şahı adlandırmayıblar. Zaman keçdikcə daha baxımlı hala gələn bu oyun artıq insan həyatının ayrılmaz bir hissəsinə çevrilib.
Futbolu maraqlı edən əsas detallardan biri bu oyunun baş rol ifaçıları olan futbolçulardı. Əlbəttə, futbolçunu futbolçuya oxşadan şey isə onun əyninə geydiyi formadı. O adi paltarda bizlərdən biridi. Amma formanı əyninə geyən kimi artıq heç yerə yox, sadəcə, meydana, komandasına və azarkeşinə aid olur.
Forma həm klubun şərəfi, həm atributu, həm də azarkeşin özünü komandaya və futbolçuya daha yaxın hiss etməsi üçün bir vasitədi. Təbii ki, bu geyim təkcə futbolçular üçün deyil. Azarkeşlər matçlara gedərkən əyninə sevimli komandasının maykasını geyərək böyük dəstək olur. Kənardan tribunaya baxanda hər kəsin eyni geyimdə olması insana zövq verir. Bəs görəsən, hər bir azarkeşin sevimli komandasının formasını alıb geymək imkanı varmı? Bu imkan xariclə müqayisədə Azərbaycanda nə səviyyədədi?
Faktlara diqqət yetirsək, insanı xeyli təəccübləndirən məqamlar çıxır ortaya. Gəlin həm ölkəmizlə qonşu olanlara, həm də bəzi Avropa klublarının formalarının qiymətinə birgə nəzər yetirək. Qeyd edək ki, təqdim edəcəyimiz qiymətlər hər bir klubun öz ölkəsində satış üçün nəzərdə tutulub. Eyni zamanda bu qiymətlər sırf orijinal formalara aiddi.
1. Fənərbaxça 50
2. Beşiktaş 55
3. Anji 60
4. Mançester Siti 65
5. Qalatasaray 65
6. Şaxtyor 68
7. Tottenhem 70
8. Liverpul 70
9. Arsenal 70
10. Mançester Yunayted 70
11. Çelsi 70
12. Bavariya 75
13. Ayaks 75
14. Dinamo K 75
15. PSV 85
16. Borussiya D 90
17. Valensiya 90
18. Barselona 95
19. Şalke 99
20. Yuventus 99
21. İnter 99
22. Olimpik M 99
23. Olimpik L 99
24. Portu 99
25. Atletiko 100
26. Benfika 100
27. Milan 100
28. PSJ 105
29. Real 110
30. LA Qalaksi 110
Hazırladığımız bu "otuzluq"da planetin orijinal olan ən bahalı formaları - qiymətlər dollarla - göstərilib. Göründüyü kimi, müxtəlif ölkələrdə müxtəlif qiymətlər var. Hətta siyahıda İngiltərə nəhənglərinin formalarının onlardan zəif olan klublarla müqayisədə ucuz olması diqqət çəkir. "Kosmos komandası" adlandırılan "Barselona"nın Marsel "Olimpik"i, "Şalke", "Portu" və "Benfika" kimi klublardan geri qalması isə xüsusi maraq doğurur. Siyahıda yüksək yerlərdən birinin PSJ-yə məxsus olmasına isə təəccüblənmək lazım deyil. Ərəb sərmayəçilərin əlinə keçdikdən sonra maddi-texniki cəhətdən böyük irəliləyişə keçən Paris klubu artıq bir çox sahədə dünya nəhəngləri ilə ayaqlaşır.
Siyahıda ən bahalı formanın Avropa yox, bir Amerika klubuna məxsus olması isə digər maraqlı məqamdı. Əslində "Los-Anceles Qalaksi" formasının belə bahalı olması onun keyfiyyəti və dizaynına görədi. Bir də axı onu ABŞ-da Devid Bekhem geyir.
Məsələnin bizlər üçün ən maraqlı tərəfi isə Azərbaycan klublarının formalarının yuxarıda göstərilənlə müqayisədə hansı qiymətə olmasıdı. Apardığımız kiçik bir araşdırmada bunu öyrəndik. Əslində, araşdırmamız kiçik olsa da, bir az çətin alındı (Sport Ekspress). Gəl ki, paytaxtın ən çox idman malları satılan bölgəsi olan "Gənclik"də Azərbacan klublarının formasını tapmaq müşkül məsələyə çevrilib. Təxminən 7-8 mağazaya baxsaq da, yerli formaların orijinalını tapa bilmədik. Cəmi 2 mağazada Azərbaycan klublarının formalarına rast gəldik. Tapdığımız 1-2 forma isə keyfiyyətsiz sentetik parçadan tikilmişdi ki, qiymətləri 8-13 manat arasında dəyişirdi.
Satıcılar yerli forma qıtlığını 2 səbəblə əlaqələndirir. Birincisi, klublar bu mağazalara öz formalarını təqdim etmir, mağazanın mal gətirdiyi anbarlarda Azərbaycan klublarının formaları nadir hallarda tapılır. İkinci və əsas səbəb isə odu ki, müştərilər bu formaları almaqda maraqlı deyillər. Satıcıların sözlərinə görə, azərbaycanlı futbolsevərlər xarici komandaların geyimlərini almağa üstünlük verir, nəinki "Neftçi", "Xəzər Lənkəran", "Bakı", "Qarabağ" və başqasının formasını.
Düzdü, "Real"ın 110 dollarlıq forması ilə "Neftçi"nin 10 manatlıq formasını müqayisə etmək gülüncdü. Amma keyfiyyətsiz olsa da, yerli formaların ucuz olması bugünkü Azərbaycan cəmiyyətində futbolsevərlər üçün daha sərfəlidi. İndi qalır bir məsələ, gərək Azərbaycan klubları öz formalarını mağazalarda satışa çıxaralar.
Bəlkə onda azarkeşlər də xaricdən çox öz komandalarımızın oyunları ilə maraqlanar. İstəyimiz isə budu ki, keyfiyyətsiz olsa da olar, təki azarkeşlər həmin formaları geyib stadionları doldursunlar. Axı, "Neftçi"nin avrokubok oyununda tribunaları "Fənərbaxça", "Qalatasaray", "Barselona" formaları ilə bəzəmək zövq vermir.

0
0